Kərim Benzema "Real"dan ayrıldı - RƏSMİ
“Real Madrid” futbolçusu Kərim Benzemanın klubdan ayrıldığını rəsmən açıqlayıb.
Msport.az xəbər verir ki, Benzema “Real”da keçirdiyi 14 il ərzində 5 Çempionlar Liqası və 4 La Liqa titulları da daxil olmaqla 25 kubok qazanıb. 35 yaşlı forvard həmçinin 2022-ci ildə “Qızıl Top” mükafatının da qalibi olub.
Benzema “Real Madrid”in heyətində 353 qol vuraraq klub tarixinin 2-ci bombardiridir. O, yalnız Kriştiano Ronaldodan (450) geri qalır.
Daha əvvəl fransalının Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttihad”dan təklif aldığı deyilirdi.
Qeyd edək ki, Kərim bu mövsüm keçirdiyi 42 matçda 30 qol vurub.
Royal Türksoy







