featured-image-42171

“Əl-İttihad”ın futbolçusu Kərim Benzema Səudiyyə Ərəbistanında təhdid olunur.

Msport.az “RMC Sport”a istinadən xəbər verir ki, bu barədə onun vəkili məlumat verib.

Bildirilib ki, forvard Fransanın daxili işlər naziri Cerald Darmaninin onun haqqında fikirlərindən sonra təhdidlər alır.

Dövlət rəsmisi Benzemanı terror təşkilatı ilə əlaqəsi olduğunu iddia edib.

Qeyd edək ki, Benzema daha əvvəl naziri məhkəməyə vermişdi.

Bənzər xəbərlər