Kerjakov “Spartak”ın baş məşqçisi oldu
Aleksandr Kerjakov Serbiyanın “Spartak” klubunun baş məşqçisi təyin olunub. Msport.az xəbər verir ki, Subotiça təmsilçisi rusiyalı mütəxəssislə 1+1 illik müqavilə bağlayıb.
“Spartak” ötən mövsüm Serbiya çempionatında 10-cu yeri tutub.
Qeyd edək ki, 40 yaşlı məşqçi son olaraq Kiprin “Karmiotissa” komandasını çalışdırıb. O, buna qədər “Tom” və “Nijni Novqorod” klublarında da işləyib.
ANAR ABDULLAYEV







