"Keşlə" Şamaxıya gedəsi olmadı
“Keşlə” Azərbaycan Premyer Liqasının 20-ci turunda “Sumqayıt”ı Şamaxıda qəbul etməyəcək.
Msport.az xəbər verir ki, öncədən oyunun Şamaxıda keçiriləcəyi və klubun artıq “Şamaxı” adlanacağı deyilsə də, hələ ki bu, baş tutmayacaq.
PFL “Keşlə” – “Sumqayıt” qarşılıaşmasının martın 18-də saat 17:00-da “ASK Arena”da olacağını açıqlayıb. “Keşlə”nin Şamaxıya nə vaxt köçəcəyi və klubun yeni adla nə zamandan fəaliyyət göstərəcəyi barədə məlumat verilməyib.