featured-image-28701

“Barselona”nın futbolçusu Frank Kessye İtaliyaya qayıda bilər.

Msport.az xəbər verir ki, cari mövsümün əvvəlində “Barsa”ya keçən Fil Dişi Sahili millisinin üzvü “İnter” və “Yuventus”un maraq dairəsindədi. Hər iki klub yaxın günlərdə Kataloniya təmsilçisiylə danışıqlara başlamaq niyyətindədir. 26 yaşlı futbolçu “Barselona”da əsas heyətə düşməkdə çətinlik çəkdiyi üçün yayda klubunu dəyişməyə müsbət yanaşır.

Qeyd edək ki, Kessye İtaliyada daha əvvəl “Çezena”, “Atalanta” və “Milan”ın şərəfini qoruyub. O, cari mövsüm ərzində 37 oyunda iştirak edib, 3 qol və 4 assistlə yadda qalıb.

Royal Türksoy

Bənzər xəbərlər