featured-image-49117

Kevin De Bruyne Belçika millisinin heyətində 100-cü oyununu keçirib.

Msport.az xəbər verir ki, Monteneqroya 2:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq matçı yarımmüdafiəçi üçün əlamətdar olub.

O, yığmada bu rəqəmə çatan 8-ci oyunçudur.

Qeyd edək ki, futbolçu indiyədək millidə 27 qol və 49 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər