Kevin De Bruyne “Əl-Nəsr”ə keçir?
Belçika millisinin və İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Kevin De Bruyne karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Msport.az “The Sun”a istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi “Əl-Nəsr”ə keçmək istəyir.
32 yaşlı oyunçunun hazırkı müqaviləsi 2025-ci ilin iyununa qədərdir.
Xatırladaq ki, “Əl-Nəsr”də portuqaliyalı futbolçu Kriştiano Ronaldo da çıxış edir.