Kevin De Bruyne: “Futbola nə vaxt qayıdacağımı bilmirəm”
“Mançester Siti”nin futbolçusu Kevin De Bruyne Premyer Liqanın ilk turunda “Bernli” ilə oyunda (3:0) aldığı zədədən danışıb.
Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, yarımmüdafiəçi artıq üç aydır ki, yaşıl meydanlardan kənarda qaldığını xatırladıb.
Belçikalı oyunçu müalicəsinin plana uyğun getdiyini deyib: “Amma mənə qayıtmağım və futbola nə vaxt başlaya biləcəyim barədə məlumat verilməyib. Ümid edirəm ki, geri dönəndə hər şey yaxşı olacaq. Bu zədə həddindən artıq yüklənməyə görə baş verdi”.