featured-image-40125

İngiltərənin “Mançester Siti” klubunun və Belçika millisinin futbolçusu Kevin De Bruyne səhhətindən danışıb.

Msport.az xəbər verir ki, zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalan 32 yaşlı yarımmüdafiəçi nə vaxt oynaya biləcəyini açıqlayıb.

O, hazırda bərpa prosesinin yaxşı keçdiyini bildirib: “Mənə daha çox vaxt lazımdır. 2024-cü il başlayandan qısa müddət sonra qayıdacağam”.

Qeyd edək ki, De Bruyne I turda “Bernli” ilə matçda zədələnmişdi.

Bənzər xəbərlər