Kevin De Bruynenin rekordu qırıldı
İtaliyanın “Atalanta” klubunun futbolçusu Şarl De Ketelare UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
Msport.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi buna Avstriyanın “Şturm” kollektivinə 5:0 hesabı ilə qalib gəldikləri matçda yiyələnib.
O, sözügedən görüşdə qol və məhsuldar ötürmə ilə yadda qalıb. Ketelare Liqa mərhələsinin 7 matçında 9 qolun vurulmasında (4 qol və 5 məhsuldar ötürmə) yaxından iştirak edib və belçikalı oyunçular arasında bir mövsümdə bu rəqəmə çatan ilk futbolçu olub.
Daha əvvəl onun “Mançester Siti”də çıxış edən həmyerlisi Kevin De Bruyne 2022/2023 mövsümündə 10 qarşılaşmada 2 qol və 6 assist müəllifi idi.