Keyn Almaniyada mükafat qazandı
İngiltərəli mərkəz hücumçusu Harri Keyn apreldə “Bayern Münhen”in ən yaxşı futbolçusu mükafatı üçün keçirilən səsvermədə qalib gəlib.
Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Hücumçu azarkeşlərin 23 faizinin səsini toplayıb. Harri yarımmüdafiəçi Konrad Laymeri (17 faiz) və qapıçı Manuel Noyeri (15 faiz) üstələyib.
Keyn hazırkı Almaniya çempionatının bombardiridir. 30 yaşlı forvard 32 matçda 36 qol vurub. Bundan əlavə, ingilis futbolçunun 8 məhsuldar ötürməsi var.
Bundesliqanın 33 turunun nəticələrinə əsasən, “Bayern” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.