featured-image-35301

“Tottenhem”in hücumçusu Harri Keyn “Bayern Münhen”ə keçməyə yaxındır.
Msport.az “Sky Sports”a istinadən xəbər verir ki, ingilis futbolçu hazırda Bundesliqa klubunda tibbi müayinənin ilk hissəsindən keçir.
Keyn daha sonra “Bayern”in məşq mərkəzinə gedəcək və orada klubla müqavilə imzalayacaq.

Keynin sabah “Leypsiq”lə keçiriləcək Almaniya Superkubokunda iştirak edəcəyi gözlənilir.

“Tottenhem”in bu transferdən 100 milyon avro gəlir əldə edəcəyi deyilir.

Qeyd edək ki, Keyn 2013-cu ildən London klubunda çıxış edir. O, son mövsüm ərzində 49 oyunda iştirak edib, 32 qol vurub və 5 assist edib.

Royal Türksoy

Bənzər xəbərlər