featured-image-28890

Harri Keyn növbəti mövsümü də “Tottenhem”də keçirə bilər.

Msport.az xəbər verir ki, 29 yaşlı futbolçu növbəti mövsümün sonunda bitəcək müqaviləsinin sonunadək klubda qalmaq istəyir. O, daha sonra başqa kluba keçmək üçün azad agent olmağı daha sərfəli hesab edir. Həmçinin, Yulian Naqelsmannın da mümkün təyinatı Keynin planlarını dəyişib.

Keynlə “Mançester Yunayted, “Bayern Münhen”, PSJ və “Real Madrid” maraqlanır.

Qeyd edək ki, Keyn “Tottenhem”in yetirməsidir. O, cari mövsüm ərzində 44 oyunda iştirak edib, 26 qol vurub.

Royal Türksoy

Bənzər xəbərlər