featured-image-63435

“Bavariya”nın və İngiltərə millisinin hücumçusu Harri Keyn “Qızıl top”u qazanmaq şansı barədə fikirlərini bölüşüb.

Msport.az xəbər verir ki, 31 yaşlı forvard belə bir arzusunun olduğunu gizlətməyib.

Lakin ulduz futbolçu bunun qarşıdakı dönəmdə bəlli olacağını söyləyib: “Hər şey mövsümdə ən vacib titulları kimin qazanacağından asılı olacaq. Ona görə də bu mövzu maya və daha sonra Klublararası Dünya Çempionatına qədər aktual deyil”.

Qeyd edək ki, Harri Keyn bu mövsüm bütün turnirlərdə 38 oyunda 33 qol vurub, 12 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər