featured-image-49697

Almaniyada keçirilən Avropa çempionatında ilk qolunu vuran İngiltərə millisinin futbolçusu Harri Keyn tarixə düşüb.

Msport.az xəbər verir ki, yığmanın kapitanı dördüncü final mərhələsində qol sevinci yaşayıb. O, İngiltərə yığmasının tarixində bunu bacaran üçüncü futbolçudur. Yalnız Maykl Ouenlə Ueyn Runi dörd böyük turnirdə fərqlənib.

Keyn həm dünya, həm Avropa çempionatlarında 5 qol səddini fəth edib. O, bunu bacaran ilk ingiltərəli oyunçudur.

Qeyd edək ki, İngiltərə Danimarka ilə görüşdə xal itkisi ilə üzləşib – 1:1.

Bənzər xəbərlər