Keyn və Aqueronun rekordu təkrarlandı
“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı oyunçusu seçilib.
Msport.az xəbər verir ki, misirli forvard ötən ay 6 matçda 6 qol vurub və 4 məhsuldar ötürmə edib.
O, “Mançester Siti”nin sabiq hücumçusu Serxio Aquero və “Tottenhem”in keçmiş üzvü Harri Keynin rekordunu təkrarlayaraq, karyerası ərzində yeddinci dəfə bu mükafatı qazanıb.
Qeyd edək ki, Salah bu mövsüm bütün turnirlərdə 42 oyun keçirib, 32 qol vurub və 22 məhsuldar ötürmə edib.