featured-image-40998

“Bavariya”nın futbolçusu Harri Keyn Almaniya Bundesliqasında yeni rekorda imzaa atıb.

Msport.az xəbər verir ki, 30 yaşlı hücumçu bun “Ştutqart”a 3:0 hesabı ilə qalib gəldikləri XV tur matçında dubl etməklə nail olub.

O, bu turnirdə 20-ci qoluna imza atıb. İngiltərəli forvard 14 matçda bunu bacarıb. Bundesliqa tarixində heç bir oyunçu 20 qola daha tez çatmayıb.

Uve Zeeler (“Hamburq”) 21, Erlinq Holann (“Borussiya”, Dortmund) 22 matçda bunu reallaşdıra bilib.

Qeyd edək ki, Harri Keyn yayda İngiltərənin “Tottenhem” klubundan Münhen təmsilçisinə keçib. O, bütün turnirlərdə 22 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər