Keynin müqaviləsindəki xüsusi bənd
“Bavariya”nın hücumçusu Harri Keynin müqaviləsində xüsusi bir bənd yer alır.
Msport.az xəbər verir ki, 32 yaşlı futbolçunun müqaviləsində 2026-cı ilin yayında başqa klub tərəfindən 65 milyon avroya transfer edilə bilməsinə imkan verən maddə var.
Ancaq bu bəndin işə düşməsi üçün vacib bir şərt mövcuddur. Keyn komandadan ayrılmaq istədiyini klub rəhbərliyinə qış transfer pəncərəsi bağlanmadan əvvəl bildirməlidir. Bu baş verməsə, çıxış maddəsi qüvvəyə minməyəcək.
İngiltərəli forvard 2023-cü ilin yayında “Tottenhem”dən “Bayern”ə 95 milyon avroya transfer olunub. O, bu mövsüm artıq bütün turnirlərdə 7 oyunda iştirak edib, 13 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsinin müddəti 2026/27 mövsümünün sonuna qədərdir.