featured-image-33450

“Bayern”in fəxri prezidenti Uli Höness Harri Keynin mümkün transferini dəyərləndirib. Msport.az xəbər verir ki, Münhen klubunun rəsmisi bu yay İngiltərə millisinin hücumçusunun keçidini həll etməyə çalışdıqlarını deyib:

“Keyn bizə aydın şəkildə dedi qərarını dəyişməyib. Əgər hər şey bu cür qalsa, biz onunla müqavilə bağlayacağıq.

Levi (“Tottenhem”in idman direktoru- red.) ağıllı adamdır.  Biz onunla danışıqları elə bir mərhələyə gətirməliyik ki, qiymət desin. O, vaxtdan istifadə edir, superpəşəkardır. Ona çox hörmətlə yanaşıram.

Keyn avrokuboklarda oynamaq istəyir. Bizdən fərqli olaraq, “Tottenhem” beynəlxalq arenada çıxış etməyəcək. İndi isə Keynin Avropanın top-klubuna keçmək şansı var.

Keynin nümayəndələri – atası və qardaşı çox xoş insanlardır. Əgər hər şey bu cür davam etsə, əla olacaq”.

ANAR 

Bənzər xəbərlər