featured-image-25220

Bu gün Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin cavab matçlarına start verilib.

Msport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Başakşəhər” Türkiyədə Belçikanın “Gent” komandası ilə üz-üzə gəlib. Bu komandalar arasında Belçikada baş tutmuş ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Bu üzdən cavab matçında qalib gələn tərəf mərhələ adlayacaqdı. Beş qolun qeydə alındığı bu matçda “Gent” darmadağınla qalib gələrək 1/4 finala vəsiqə qazanıb. İstanbul klubu isə mübarizəni dayandırıb.

Raundun digər cavab oyunları martın 16-da keçiriləcək.

Avropa Konfrans Liqası
1/8 finalın cavab oyunları

15 mart

“Başakşəhər” (Türkiyə) – “Gent” (Belçika) 1:4
Qol: Yanuzay, 88 – Orban, 31; 32; 34. Kuypers, 37.
Baş hakim: Benua Bastyen (Fransa).
İlk oyun – 1:1.
İstanbul, “Başakşəhər Fatih Terim” stadionu.

Bənzər xəbərlər