featured-image-62400

Erik ten Haq Almaniyanın “Leyptsiq” komandasına rəhbərlik etməyəcək.

Msport.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

İddiaya görə, “Liverpul”un keçmiş baş məşqçisi və “Red Bull”un beynəlxalq futbol bölməsinin hazırkı rəhbəri Yurgen Klopp niderlandlı mütəxəssisin namizədliyini rədd edib. Əvəzində isə klub rəhbərliyinə üç namizəd təklif edib: Sebastian Hönes (“Ştutqart”), Oliver Qlasner (“Kristal Pelas”) və Rocer Şmidt (“Benfika”nın keçmiş baş məşqçisi).

Xatırladaq ki, Erik ten Haq ötən il oktyabrın 28-də uğursuz nəticələr səbəbindən “Mançester Yunayted”in baş məşqçi postunu tərk edib və onun yerinə Ruben Amorim təyin edilib.

Bənzər xəbərlər