featured-image-46324

Mövsümün sonunda İngiltərənin “Liverpul” klubundan ayrılacağı dəqiqləşən Yurgen Klopp Almaniya millisinin baş məşqçisi ola bilər.

Msport.az xəbər verir ki, Almaniya Futbol İttifaqı mütəxəssisi yığmanın sükanı arxasında görmək istəyir.

Qurum onun DÇ-2026-da komandaya rəhbərlik etməsini arzulayır. Rəhbərlik bu ilin yayına qədər müqaviləsi qüvvədə olan Yulian Naqelsmanla vidalaşmağı planlaşdırır.

Qeyd edək ki, Yurgen Klopp mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlayıb.

Bənzər xəbərlər