featured-image-46573

Almaniya milli komandasının baş məşqçisi Yulian Naqelsmann yayda başa çatacaq müqaviləsini uzatmaqdan imtina etsə, bu posta Yurgen Klopp dəvət oluna bilər.

Msport.az xəbər verir ki, bu bərədə jurnalist Kristian Falk paylaşım edib.

Mənbənin sözlərinə görə, hadisələr bu cür cərəyan etsə, Almaniya Futbol İttifaqı Kloppla 2025-ci ildə müqavilə bağlayacaq. Bu zaman onun Almaniya seçməsini DÇ-2026-ya hazırlaşdırmağa vaxtı olacaq.

Kloppdan öncə bir il ərzində isə yığmanı hazırda köməkçi kimi fəaliyyət göstərən Sandro Vaqner çalışdıra bilər.

Qeyd edək ki, Klopp yayda “Liverpul”dan ayrılacağını açıqlayıb.

Bənzər xəbərlər