featured-image-27931

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Cud Bellingemin transferindən niyə imtina etdiklərinə aydınlıq gətirib. Msport.az xəbər verir ki, almaniyalı mütəxəssis əmin olmadıqları işə girişmək istəmədiklərini deyib:

“Təminat çox vacibdir. Əgər biz qərar versək ki, Bellingemi transfer edək, bunu reallaşdıra biləcəyikmi? Vacib olan budur.

Kilian Mbappe uğrunda mübarizə aparıb, “o, biz istədiyimiz hücumçudur” demək olmaz. Çünki başa düşürsən ki, sonda o, ya “Real”a keçəcək, ya da PSJ-də qalacaq.

Qiymətlər zamanla dəyişir, biz sadəcə əmin olduğumuz işi görməliyik”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər