featured-image-21416

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Çelsi”nin transferlərə fantastik pullar xərcləməsindən gileylənib.

Msport.az “The Mirror”a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis “zadəganlar”ın yeni rəhbərliyinin qərarlarını anlamadığını deyib:

“Keçid dövrü müxtəlif cür keçə bilər. Hər şey həmin andakı situasiyadan asılıdır. “Çelsi”nin yeni sahibi var və heç kim bilmir ki, onlar bunu necə edirlər. Bu qədər pulu necə xərcləyirlər?

Digər komandalara gəlincə…Mən bu haqda danışanda insanların xoşuna gəlmir. Əgər sizin tükənməz pulunuz yoxdursa, keçid dövrü müəyyən qədər vaxt aparır. Əks halda 10 futbolçunu birdən transfer edərək hər şeyi bir gündə dəyişmək olar”.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər