Klopp məşqçiliyə qayıdır
“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp məşqçilik fəaliyyətini bərpa etməyə hazırlaşır.
Msport.az xəbər verir ki, almaniyalı mütəxəssis İtaliyada çalışmağa yaxındır.
57 yaşlı çalışdırıcı “Roma”nın sükanı arxasına keçmək üzrədir. Onun mövsümün sonunda Klaudio Ranyerini əvəzləməsi gözlənilir.
Qeyd edək ki, Yurgen Klopp 9 ilə yaxın çalışdırdığı “Liverpul”dan ötən il ayrılıb. “Roma” isə A Seriyasının son turu ərəfəsində turnir cədvəlində 5-ci pilləsində qərarlaşıb.