featured-image-28933

“Liverpul” bu gün İngiltərə Premyer Liqasının 34-cü turunda “Tottenhem”i qəbul edəcək. Msport.az xəbər verir ki, mersisaydlıların baş məşqçisi Yurgen Klopp London klubunun “Nyukasl”a 1:6 hesabı ilə uduzmasından heyrətləndiyini deyib:

“Evə gəldim, televizoru işə saldım, hesab 1:0-dır. Başqa işlərim də var idi, oyuna bir az sonra baxmaq istədim. Qayıdanda gördüm artıq hesab 5:0-dır.

Düzü, elə bildim televizor xarab olub. Dedim bəlkə ekrana nəsə olub. Oyuna sonra tam baxdım. “Nyukasl” görünür ki, çox yaxşı formadadır. Odur ki, belə hadisələr baş verə bilər.

Buna rəğmən, güman edirəm ki, “Tottenhem” də güclü olacaq. Harri Keyn demək olar, hər nöqtədən qol vura bilər. Onların səviyyəsi var, lakin əmin olmalıyıq ki, bizimlə görüşdə bunu göstərə bilməyəcəklər”.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər