featured-image-45812

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Xabi Alonsonun “Bayer”də qalmaq istəməsinə münasibət bildirib.

Msport.az xəbər verir ki, ispaniyalı mütəxəssisin Leverkuzen klubundan ayrılacağı gözlənilsə də, o, Almaniyadakı fəaliyyətini davam etdirəcəyini deyib:

“Xabi öz işinin öhdəsindən əla gəlir. Ola bilsin ki, o, heyəti qoruyub saxlaya bildi. Mən onun qalmaq istəyini başa düşürəm. Bilirəm ki, gənc mütəxəssis kimi uğur qazanmaq nə deməkdir. Mən də demək olar ki, eyni addımı atmışdım və indiyədək bir dəfə də buna görə peşman olmamışam”.

Xatırladaq ki, son aylarda Xabi Alonsonun mövsümün sonunda “Liverpul”un sükanı arxasına keçəcəyinə dair xəbərlər gəzirdi.

Bənzər xəbərlər