featured-image-47441

Yurgen Kloppu baş məşqçi postuna dəvət etmək istəyən daha bir klubun adı bəlli olub.

Msport.az xəbər verir ki, Dortmund “Borussiya”sı alman mütəxəssisin xidmətində maraqlıdır.

Bundesliqa təmsilçisi Kloppu 2025-ci ilin yayında baş məşqçi təyin etməyi planlaşdırır. Mütəxəssis cari mövsümün sonunda “Liverpul”dan ayrılacaq.

Qeyd edək ki, Klopp 2008-15-ci illərdə də Dortmund təmsilçisini çalışdırıb.

Bənzər xəbərlər