featured-image-29017

İngiltərə Futbol Assosiasiyası “Liverpul”un baş məşqçisi Yurgen Kloppun İngiltərə Premyer Liqasının 34-cü turu çərçivəsində “Tottenhem”lə keçirilən matçda (4:3) qələbə qolunun qeyd etməsini araşdıracaq.

Msport.az xəbər verir ki, 4-cü əlavə edilmiş dəqiqədə Dioqo Jota qələbə qolunu vurduqdan sonra Klopp ehtiyat hakim Paul Tirninin qarşısında qolu çılğın şəkildə qeyd etdi, bundan sonra sarı vərəqə aldı. Oyunsonrası mətbuat konfransında Klopp Tirni ilə xüsusi tarixçəsinin olduğunu və baş hakimin insident zamanı dediyi sözlərin qəbuledilməz olduğunu bildirib.

Məlumata görə, Kloppun Paulla həqiqətən də pis münasibəti var. Belə ki, 2020-ci ildə matçların birində hakim Yurgeni baş hakimin qərarı ilə “barışmağa” çağırıb, 2021-ci ildə isə Klopp Tirninin problem yaşadığı yeganə hakim olduğunu deyib.

Royal Türksoy

Bənzər xəbərlər