featured-image-25741

Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze Avstriyanın “Altax” klubunun baş məşqçi postundan 8 aydan sonra istefaya göndərilib. Msport.az xəbər verir ki, klubun idman direktoru Qeorq Feştetiç bu haqda xəbər verib:

“Biz təhlil aparıb belə qərara gəldik ki, koomandanın liqada qalması üçün yeni nəfəs, yeni impuls lazımdır. Miroslavın böyük məqsədlərə çatmaq üçün bütün keyfiyyətləri var. Ona əməkdaşlıq üçün təşəkkür edirəm”.

“Altax” 22 oyundan sonra 17 xal toplayaraq Avstriya Bundesliqasında 12-ci yeri tutur. Kloze 2014-cü ildə Almaniya millisin heyətində dünya çempionu olub.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər