Kloze baş məşqçi oldu
Almaniya yığmasının sabiq hücumçusu Miroslav Klozeyə yeni iş həvalə edilib.
Msport.az.az xəbər verir ki, “Bavariya” və “Latsio”nun keçmiş forvardı “Nürnberq”i çalışdıracaq.
Tərəflər arasında artıq rəsmi müqavilə imzalanıb və Kloze 2-ci Bundesliqa klubunun yeni baş məşqçisi təyin edilib. Məlumatı klubun mətbuat xidməti açıqlayıb. Tərəflər arasında neçə illik sözləşmənin imzalandığı isə hələ açıqlanmayıb.
Qeyd edək ki, Kloze dünya çempionatları tarixinin ən sərrast futbolçusudu. O, mundiallarda ümumilikdə 16 qola imza atıb.