Klub prezidenti azarkeşlərdən üzr istədi
İtaliyanın “Napoli” klubunun prezidenti Aurelio de Laurentis azarkeşlərdən üzr istəyib.
Msport.az xəbər verir ki, funksioner son uğursuzluqlardan sonra bu addımı atıb.
“Günah nə futbolçuların, nə də məşqçilərin üzərinə düşməməlidir. Komandanın başına gələn hər şey mənim məsuliyyətimdir. Bütün məsuliyyəti öz üzərimə götürürəm. “Napoli”nin turnir cədvəlindəki yeri üçün neapollulardan və azarkeşlərdən üzr istəməliyəm. Amma çempionat uzundur, zirvəyə qalxmağa çalışacağıq”.
Qeyd edək ki, “Napoli” A seriyasında 18 turdan sonra 28 xalla 7-ci sıradadır.