featured-image-41799

PSJ-nin prezidenti Nasser Al-Xelaifi argentinalı hücumçu Lionel Messinin Fransa komandası ilə bağlı açıqlamalarına münasibət bildirib.

Msport.az “RMC Sport”a istinadən xəbər verir ki, o, hazırda “İnter Mayami”də çıxış edən hücumçunun sözlərindən təəssüfləndiyini söyləyib.

“Ona böyük hörmətim var, amma kimsə PSJ haqqında pis danışırsa, bu yaxşı deyil, hörmət adlandıra biləcəyiniz şey deyil. O, pis insan deyil, amma bu mənim xoşuma gəlmir. İstəyirəm ki, hər kəs oyunçu olanda klub haqqında danışsın. Ayrılandan sonra yox. Bu, bizim üslubumuz deyil.

Messi tarixin ən yaxşı oyunçusudur. “Barselona”da uzun illərdən sonra bura gəlmək onun üçün asan olmadı. Orada onun üçün hər şey edildi. Kilian (Mbappe) burada oynayır və Neymar kimi başqa oyunçular da var idi”, – klub rəhbəri bildirib.

Messi ötən mövsümün sonunda PSJ-dən ayrılaraq MLS komandası ilə müqavilə imzalayıb. İyun ayında 36 yaşlı hücumçu Paris komandasında keçirdiyi iki ilin onun üçün çətin keçdiyini bildirib.

Bənzər xəbərlər