featured-image-45732

Fransanın PSJ klubunun prezidenti Nasser Al-Xalaifi komandanın portuqaliyalı futbolçuları haqqında danışıb.

Msport.az xəbər verir ki, funksioner həmin oyunçulardan razı qaldığını bildirib.

“Qonsalu Ramuş, Vitinya, Danilu Pereyra və Nunu Mendeşdən çox razıyam. Fəxr edirəm ki, onların hamısı klubumuzu təmsil edir. Portuqaliya futbol üçün böyük ölkədir və həmişə çoxlu istedadlı oyunçulara malikdirlər”.

Qeyd edək ki, PSJ 59 xalla Liqa 1-də birinci pillədə qərarlaşıb.

Bənzər xəbərlər