Klub prezidenti qətlə yetirildi
Bolqarıstanın “Botev” klubunun prezidenti İliyan Filipov qətlə yetirilib.
Msport.az xəbər verir ki, hadisə ötən gecə baş verib. Filipov komandasının oyunundan sonra yaşadığı evin yaxınlığında başından bir güllə ilə vurularaq öldürülüb.
Hadisəni törədən şəxsin axtarışları davam etdirilir.
Hüquq-mühafizə orqanları qatilin Filipovu yaşayış kompleksinin yaxınlığındakı meşəlik ərazidə gözləmiş ola biləcəyini ehtimal edirlər.
“Botev” Bolqarıstanda yüksək liqada yarışır.







