featured-image-59998

İki mövsümlük transfer cəzası ilə üzləşən “Hatayspor”un prezidenti Hikmət Çinçin Azərbaycan millisinin futbolçusu Renat Dadaşovla bağlı danışıb.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, klub rəhbəri açıqlamasında hücumçuya borclarının olmadığını söyləyib.

O, forvarda ödənilməli olan məbləğin verildiyini diqqətə çatdırıb:

“Biz Renat Dadaşovun sənədinə görə cəza aldıq. Onun ödənişi çoxdan həyata keçirilib. Bu, intizam cəzasıdır. Belə qərarlar liqamızın və futbolumuzun keyfiyyətinə mənfi təsir göstərir. Biz bu prosesi FİFA-nın aidiyyəti komitəsi və İsveçrə Məhkəməsinə qaldıracağıq”.

Qeyd edək ki, Dadaşov ötən mövsüm Hatay klubunun heyətində 31 oyun keçirib, 6 qol vurub.

Bənzər xəbərlər