featured-image-64255

“Barselona”nın prezidenti Joan Laporta komandanın bu mövsüm “trebl” (üç kubok qazanmaq) şansını dəyərləndirib.

Msport.az xəbər verir ki, futbol funksioneri bunun üçün hər cür imkana malik olduqlarını düşünür.

Laporta baş məşqçi Hans-Diter Flikə güvəndiklərini söyləyib: “Barselona” azarkeşləri baş məşqçimizə və futbolçularımıza inanmalıdırlar. Əminəm ki, Flikin rəhbərliyi və oyunçuların istedadı sayəsində “trebl” şansımız var. Hazırda çox yaxşı çıxış edirik. Amma hələ heç nəyə nail olmamışıq. Final yazı-tura oyunudur, hər şey ola bilər. Lakin biz özümüzə çox güvənirik”.

Qeyd edək ki, “Barselona Çempionlar Liqasının yarımfinalında “İnter”lə, İspaniya Kubokunun finalında “Real”la qarşılaşacaq. Kataloniyalılar La Liqada isə turnir cədvəlinə başçılıq edir.

Bənzər xəbərlər