Klub rəhbərliyi Ançelottinin heyət seçimindən narazıdır
İspaniyanın “Real Madrid” klubunun rəhbərliyi baş məşqçi Karlo Ançelottinin oyunlar üçün heyəti seçməsindən narazıdır.
Msport.az “Relevo” nəşrinə istinadən xəbər verir ki, italiyalı baş məşqçi “Sevilya” ilə 1:1 hesablı heç-heçə etdikləri La Liqanın X tur oyununda yarımmüdafiəçilər Toni Kroos və Luka Modriçi meydana buraxmayıb.
Bu isə rəhbərliyin xoşuna gəlməyib. Onlar hesab edirlər ki, hər iki oyunçu daha çox şans qazanmalıdır.