featured-image-65185

“Kristal Pelas” İngiltərə Kubokunun sahibi olub.

Msport.az xəbər verir ki, komanda finalda “Mançester Siti” üzərində 1:0 hesablı qələbə qazanıb.

“Qartallar”a qalibiyyəti gətirən qola 16-cı dəqiqədə Ebereçi Eze imza atıb. Bu, “Kristal Pelas” tarixində ilk böyük titul olub. Klub 1905-ci ildə yaradılıb.

Görüş Londondakı “Uembli” stadionunda gerçəkləşib. Bununla “Kristal Pelas” növbəti mövsüm Avropa Liqasında çıxış etmək hüququna yiyələnib.

Bənzər xəbərlər