featured-image-17549

Portuqaliya millisinin lideri Kriştiano Ronaldo dünya çempionatında iştirak edən futbolçular arasında yeganə klubsuz oyunçudur.

Msport.az xəbər verir ki, 37 yaşlı hücumçu Qətərə “Mançester Yunayted”in üzvü kimi yollansa da, sonradan İngiltərə klubu onunla müqaviləni pozub.

Transfermarkt saytı azad agent olan forvardın transfer dəyərini 20 milyon avro qiymətləndirir.

Portuqaliyalı oyunçu dünyada klubsuz qalan ən bahalı futbolçu hesab olunur.

Xatırladaq ki, Ronaldo Pirs Morqana verdiyi müsahibədə “Mançester Yunayted”i, baş məşqçi Erik ten Haqı və klubda baş verənləri tənqid etmişdi.

Bənzər xəbərlər