featured-image-21088

Meksikanın “Pumas” klubu Braziliya millisinin sabiq müdafiəçisi Dani Alveşlə yollarını ayırıb.

Msport.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi açıqlama yayıb.

Ötən gün İspaniyada saxlanılan 39 yaşlı müdafiəçinin müqaviləsinə xitam verildiyi bildirilib.

Xatırladaq ki, Dani Alveş yanvarın 20-də cinsi təcavüzdə ittiham olunduğu üçün tutulub. İlkin məhkəmə dindirilməsi zamanı 23 yaşlı qadın təcrübəli futbolçunun ona təcavüz etdiyini bildirib, Alveş isə onun iddialarını təkzib edib. Məhkəmə futbolçunu günahkar sayaraq onun haqqında həbs qəti imkan tədbiri seçib.

Alveşin “Pumas”la sözləşməsi yayda başa çatmalı idi. O, 2022-ci ilin iyul ayından sözügedən klubun uğurları üçün çalışırdı.

Bənzər xəbərlər