featured-image-48629

İngiltərənin “Aston Villa” klubu futbolçusu Filipe Koutinyo ilə yollarını ayıra bilər.

Msport.az Sky Sports”a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi yarımmüdafiəçini satmaq istəyir.

Birmingemlilər braziliyalı oyunçunun transferindən 8 milyon funt-sterlinq qazanmaq niyyətindədir. “Aston Villa” Koutinyo üçün icarə təkliflərini nəzərdən keçirməyə hazırdır.

31 yaşlı futbolçu “İnter”, “Vasko da Qama”, “Espanyol”, “Liverpul”, “Barselona”, “Bavariya”, “Əl-Duhail” klublarında oynayıb.

Bənzər xəbərlər