"Kocaelispor"un sabiq futbolçusu "Sumqayıt"da
“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib. Msport.az xəbər verir ki, Samir Abasovun komandası Georgi Karaişvili ilə 1+2 illik müqavilə bağlayıb.
28 yaşlı yarımmüdafiəçi ötən mövsümü Türkiyənin “Kocaelispor” klubunda keçirib. O, buna qədər “Saburtalo”, Dinamo” (Tbilisi), “Höteburq” və “Ferentsvaroş” komandalarının formasını geyinib.
Gürcü futbolçu yeni komandasında 12 nömrəli formada çıxış edəcək.
Karaişvili Gürcüstan millisində 6 oyunda 1 qol vurub.