featured-image-36727

Rusiya millisinin hücumçusu Aleksandr Kokorin yenidən Kiprdə oynayacaq.

Msport.az xəbər verir ki, müqavilə ilə “Fiorentina”ya məxsus olan futbolçu ötən mövsümdən icarə əsasında çıxış etdiyi “Aris”də qalacaq.

Məlumatı Limassol klubunun mətbuat xidməti yayıb. 32 yaşlı forvardın icarə müddəti daha 1 il müddətinə uzadılıb.

Qeyd edək ki, Kokorinin “Fiorentina” ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.

Bənzər xəbərlər