Kolaşinacın yeni klubu bilindi
“Marsel”dən ayrılan Sead Kolaşinacın yeni klubu müəyyənləşib.
Msport.az xəbər verir ki, 30 yaşlı müdafiəçi karyerasını “Atalanta”da davam etdirəcək.
Müqavilənin təfərrüatları açıqlanmayıb.
Qeyd edək ki, bosniyalı futbolçu 2022-ci ilin yanvarından “Marsel”də çıxış edirdi. O, ötən mövsüm bütün turnirlərdə 41 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Kolaşinac daha əvvəl “Şalke” və “Arsenal”da da çıxış edib.
Royal Türksoy







