featured-image-19898

Paraqvay “Quarani”sinin qapıçısı Devis Vaskes karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Msport.az xəbər verir ki, kolumbiyalı qolkiper “Milan”a keçib.

Məlumatı klubun rəsmi saytı yayıb. Vaskes “Milan”la 2026-cı ilin yayına qədər müqavilə imzalayıb. İtalyanlar 24 yaşlı qapıçı üçün 470 min avro ödəyib.

Bundan əvvəl Vaskes Kolumbiyanın “Patriotas Boyaki” və “La Ekvidada”nın futbolçusu olub.

Bənzər xəbərlər