Koman “Fənərbağça”ya “yox” dedi
Türkiyənin “Fənərbağça” klubu heyətini iki məşhur futbolçu ilə gücləndirmək istəyir.
Msport.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.
İstanbul təmsilçisi yay transfer dönəmində “Bayern”dən fransalı Kinqli Koman və Leon Qoretska ilə maraqlanıb.
Koman Türkiyədə oynamaq istəməyib. Digər oyunçu ilə isə danışıqlar davam edir.