Komanda yoldaşlarından Korreyaya dəstək
“Atletiko”nun futbolçuları İspaniya La Liqasının 28-ci turunda “Rayo Valekano” ilə oyunda (2:1) komanda yoldaşları Anxel Korreaya dəstək olublar. Msport.az xəbər verir ki, argentinalı futbolçu matçdan öncə ailəsindən acı xəbər alıb.
28 yaşlı hücumçunun anası uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyindən vəfat edib. Nauel Molina vurduğu qolu komanda yoldaşına həsr edib və onun formasını qaldırıb.
ANAR







