featured-image-28899

Serji Busketsin “Barselona”da qalıb-qalmayacağı hələ də dəqiqləşməyib.
Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, təcrübəli futbolçunun gələcək taleyi Lionel Messidən aslıdır. Kataloniya klubu 35 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif etsə də, o, müsbət cavab verməyib.
Əgər Messi “Barsa”ya qayıdarsa, Buskets komandada qalacaq. O, yenidən argentinalı hücumçu ilə bir yerdə oynamaq istəyir. Təcrübəli oyunçu belə olan halda bir illik müqaviləyə imza atacaq.
Buskets Messi və Jordi Alba ilə nahardan sonra komandada qala biləcəyini vurğulayıb.

ANAR

Bənzər xəbərlər